Xəbər lenti
Bu marşrut üzrə yeni qatar buraxılır

Azərbaycan Dəmir Yolları sərnişinləri üçün daha rahat və təhlükəsiz səyahət imkanları yaratmaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutunda hərəkət edən KISS markalı qatarı yeni nəsil "Stadler" FLİRT qatarı ilə əvəz edir.
Qurumdan verilən məlumata görə, yeni FLİRT qatarı 5 aprel tarixindən etibarən ənənəvi hərəkət cədvəli əsasında xidmət göstərəcək. Belə ki, hər həftənin şənbə günü Bakıdan Qəbələyə, bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.
Qeyd edək ki, müasir dizayna və ən son təhlükəsizlik sistemlərinə malik olan birmərtəbəli FLIRT qatarı sərnişinlərə daha yüksək komfort təqdim edir. Qatarda bar-vaqon, velosipedlər üçün xüsusi yerlər, fiziki məhdudiyyətli şəxslər üçün inklüziv səyahət imkanları və digər rahatlıq yaradan xidmətlər mövcuddur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar