Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu hərbçilər HƏBS EDİLMƏYƏCƏK

Tarix: 04-04-2025 11:14     Baxış: 4123 A- / A+


Azərbaycanda bu hərbçilər HƏBS EDİLMƏYƏCƏK
Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, gizirlərə və miçmanlara hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs intizam cəzası ləğv olunur. Tabor (3-cü dərəcəli gəmi) komandirinin gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək, alay (briqada) komandirinin əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək, diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının gizirləri və miçmanları hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək hüquqları ləğv edilir.
Hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə cəzasının ləğvi təklif olunur. Alay (briqada) komandirinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək , diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin - kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək, korpus komandirinin, qoşun növü komandanının kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək, silahlı qüvvələr növü komandanının zabitləri hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək hüquqları ləğv edilir.
Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs cəzasının ləğvi də təkliflər sırasındadır.
Hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.
Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləxək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna da müvafiq dəyişikliklər təklif olunur. Qüvvədə olan qanuna əsasən, qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ var. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirir.
Layihəyə görə, qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır. Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ olacaq. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edəcək, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirəcək.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar