Xəbər lenti
Pul tapmasam, maşını əlimdən alacaqlar - Nemət Pənahlı

Manevr.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin üzərinə qoyulan həbsə münasibət bildirərkən deyib.
Sabiq partiya sədri hazırda avtomobilin özündə olduğunu bildirib:
“Amma üzərində həbs olduğuna görə sata və dəyişə də bilmərəm. Ali Məhkəmə bizim ziyanımıza qərar çıxarsa, avtomobilin hərracda satılmaması üçün məcbur olub o pulu tapıb verməliyəm. Əks halda avtomobili əlimdən alacaqlar. Əslində, mənim adıma danışmaz əmlak ola-ola sırf borca görə avtomobilimin üzərinə həbs qoyulmasını da başa düşə bilmirəm. İddialarına görə, avtomobili satıb artıq qalan pulu özümə qaytaracaqlar”.
Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Əhəd oğlu Pənahlıya məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Lənd-Kruzer” avtomobil vergi borcuna görə hərracda satılacaq.
Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.
Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar