Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu yağlar kərə yox, bitki yağı imiş - FOTO

Tarix: 03-04-2025 17:29     Baxış: 3140 A- / A+

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb. 

Manevr.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 
Bildirilib ki, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.
Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Qeyd edilib ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.
Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adıMəhsulun istehsal və son istifadə tarixləriAşkarlanan uyğunsuzluq
1."Westfood" əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı07.02.2025-07.02.2026Kampesterin,
Stiqmasterin,
Beta-sitosterin,
Sorbin (E200) turşusu,
Benzoy (E210) turşusu
2."Beloruskiy Kray" əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı05.03.2025-05.03.2026Kampesterin,
Beta-sitosterin


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar