Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həsən Kür evə buraxıldı: yeriyə bilmir

Tarix: 03-04-2025 16:26     Baxış: 3137 A- / A+


Xəstə Həsən Zeynallı (Kür) dünən xəstəxanadan evə buraxılıb.
Manevr.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.
Leyla Mərcan bildirib ki, Həsən Kürün əməliyyatdan sonrakı yaraları sağalmağa doğru gedir, vəziyyəti stabildir:
“Hələ ki yeriyə bilmir, ancaq ümidvarıq ki, bir ay sonra həkimlərin səyi nəticəsində ayağa qalxacaq”.
Həkim qeyd edib ki, evə buraxılmazdan əvvəl Həsən Kürün beyni Kompüter Tomoqrafiyasından keçirilib:
“Nəticələrə əsasən deyə bilərik ki, beynindəki qansızmalar tədricən sovrulur. Qanın tamamilə çəkilməsi üçün vaxt lazımdır. Bir qədər yaddaş pozuntusu var. Həmin istiqamətdə ambulator müalicə təyin etmişik”.
Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra isə palataya köçürülüb. Son məlumata əsasən, hazırda Həsən Kür evdə müalicə alır.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar