Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Şərurlu İsfəndiyar” məhkəməyə verildi

Tarix: 02-04-2025 17:49     Baxış: 4130 A- / A+

“Şərurlu İsfəndiyar” məhkəməyə verildi

 
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) xüsusi ittiham qaydasında məhkəməyə verilib.


Manevr.azQafqazinfo”ya istinadən xəbər verir ki, məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.
E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur.
Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, “Şərurlu İsfəndiyar” müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlə konkret olaraq aşağıdakı kimi deyilib: “Mən sizə deyim ki, “Proqress” MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir”.
Vəkil hesab edir ki, İ.Axundov bu hərəkəti ilə barəsində qanunu qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək.
Qeyd edək ki, təhqir və böhtan maddələrinin saksiyasında 3 ilə kimi azadlıqdan məhrumetmə, şərti cəzalandırılma, cərimə və islah işləri cəzası nəzərdə tutulur.
Xatırladaq ki, “Şərurlu İsfəndiyar” son günlər verdiyi müsahibələrindən birində dediyi sözlərlə gündəmə düşüb. Belə ki, tikinti maqnatı “Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir” kimi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar