Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Krediti olan şəxs vəfat edərsə, borc necə olacaq? - AÇIQLAMA

Tarix: 02-04-2025 18:14     Baxış: 3226 A- / A+
Krediti olan şəxs vəfat edərsə, borc necə olacaq? - AÇIQLAMA
Hər birimizə pul lazım olduqda yada düşən ilk yer banklardır. Banklar isə kredit verərkən bir neçə risk faktorunu önləm alır. Məsələn borc götürən şəxs vəfat etdikdə kreditin aqibəti necə olur? 
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Gülnar Qulizadə açıqlama verib:
"Mülki Məcəllənin tələblərinə əsasən, vəfat etmiş şəxsin öhdəliklərini əgər zamin varsa, zamin daşıyır. Əgər zamin yoxdursa, kredit götürmüş şəxsin əmlakları üzrə vərəsə varsa, həmin şəxs onun həm aktivlərini, həm də passivlərini qəbul edir. Burda aktivlər deyəndə əmlakı, passivlər deyəndə isə öhdəlikləri və kreditləri nəzərdə tutulur. Yəni, vəfat etmiş şəxsin vərəsəsi təyin olunubsa, vərəsəlik şəhadətnaməsi verilibsə, öz paylarına uyğun olaraq həmin kredit öhdəliklərini bank qarşısında daşıyırlar". 
Bəs zamin olmadıqda həmin kreditlərin aqibəti necə olur? 
"Bəzi banklar bu kimi məsələlərdə ziyana düşməmək üçün verilən krediti sığortalayırlar. Bu da müştəriyə verilən puldan çıxılır. 
Mülki Məcəllənin 558-ci maddəsinin tələbinə əsasən, şəxsin birbaşa özünün iştirakı olmadan yəni rəhmətə gedibsə, həmin öhdəlik ləğv edilir. Vərəsəlik yalnız şəxsin öz istəyi ilə təyin oluna bilər, əgər yoxdursa kreditə xitam verilir". 
Qeyd edək ki, əgər şəxs kredit öhdəliyi barəsində müqavilə bağlayıbsa, bu zaman həyat sığortası olur. Həmin müqaviləyə əsasən, şəxs vəfat edərsə, onun öhdəliklərini sığorta şirkəti daşıyır.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar