Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sığınacaqda virusa yoluxan uşaqların vəziyyəti AÇIQLANDI

Tarix: 02-04-2025 14:56     Baxış: 3186 A- / A+
Sığınacaqda virusa yoluxan uşaqların vəziyyəti necədir?
Hazırda virusa yoluxan uşaqların vəziyyəti ortadır. 
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqda virusa yoluxan uşaqların səhhətindən danışarkən deyib. Sədr uşaqların rotavirus xəstəliyinə yoluxduqlarını qeyd edib:
"Artıq 3-cü uşağı da xəstəxanaya yerləşdirdik. Bəzilərində işləmə-qusma, bəzilərində isə yüksək qızdırma halları müşahidə olunur. Əlavə olaraq, uşaqların bəzilərində burnundan qan açılması halları da baş verdi. Hazırda sığınacaqdakı 6 uşağın vəziyyəti orta qiymətləndirir, müalicələr davam edir. Sığınacaqdakı uşaqlar nəzarət altındadır”.
Sədr sığınacağın dezinfeksiya olunduğunu xatırlatdı:
"Bu, çox önəmli idi. Qarın işləməsi halları olduğundan hər ehtimala qarşı sığınacaq dezinfeksiya olundu. Böyük bir müəssisədir. Bir uşaq yoluxan kimi xəstəlik kütləvi hal aldı”.
Qeyd edək ki, Bakıda uşaq sığınacağında virus yayılıb. Sığınacaqda olan 2 uşağın vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib, 6 uşaq isə sığınacaqda müalicə alır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar