Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Elektron siqaretdən istifadə popkorn xəstəliyinə səbəb olur

Tarix: 01-04-2025 19:12     Baxış: 3149 A- / A+


Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə popkorn xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, həmin xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə səbəb olur. Xəstəliyin adı isə çox maraqlıdır – popkorn. Bəs niyə popkorn? Çünki xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır.
Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur.
Məlumatda daha sonra bildirilir:
"Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperaturla müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir.
Unutmayaq ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir.
Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar