Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı Rusiyanın ən varlı adamı oldu - 28,7 milyardı var

Tarix: 01-04-2025 17:45     Baxış: 3200 A- / A+
Azərbaycanlı Rusiyanın ən varlı adamı oldu - 28,7 milyardı var
"Forbes" jurnalının yeni reytinqinə Rusiyadan 15 yeni milyarder siyahıya daxil olub.


Manevr.az
xəbər verir ki, dünyada yeni milyarderlərin sayına görə lider ABŞ-dır - burada sərvəti ən azı 1 milyard dollar olan 103 yeni milyarder qeydə alınıb. 

İkinci yeri Almaniya (37 nəfər), üçüncü və dördüncü yerləri isə müvafiq olaraq Çin və Hindistan tutub.

Reytinqin məlumatına əsasən, Rusiyanın ən varlı adamı "Lukoyl" neft şirkətinin sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdur. Onun sərvəti 28,7 milyard dollar dəyərində qiymətləndirilir. 

Siyahıda ikinci yerdə "Severstal"ın nəzarət paketinə sahib olan Aleksey Mordaşov (28,6 milyard dollar), üçüncü yerdə isə "Novatek" şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson (28,4 milyard dollar) qərarlaşıb.

Martın əvvəlində "Bloomberg" agentliyi rusiyalı milyarderlərin sərvətinin ilin əvvəlindən 7,764 milyard dollar artdığını bildirmişdi. Eyni zamanda, Rusiyanın ən varlı adamı statusunu "Nornikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin qoruyub saxlayıb. Onun sərvəti 1,77 milyard dollar artaraq 29,6 milyard dollara çatıb./qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar