Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın paytaxtı dəyişəcək? - AÇIQLAMA

Tarix: 31-03-2025 21:52     Baxış: 3129 A- / A+


Azərbaycanın paytaxtı dəyişəcək? - AÇIQLAMA
Son vaxtlar ölkəmizdə paytaxtın köçürülməsilə bağlı müxtəlif təkliflər səsləndirilməkdədir. Hətta alternativ kimi işğaldan azad edilmiş ərazilərdəki şəhərlər də təklif edilir. Bu isə cəmiyyətdə müzakirə obyektinə çevrilib.
 
Bəs paytaxt köçürülə bilərmi?
 
Manevr.az sfera.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov paytaxtın köçürülməsi və yeni şəhərin qurulmasının inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir proses olduğunu deyib.
 
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil:
 
"Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil".
 
E.Əmirov qeyd edib ki, bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar, lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olsun. Ekspert buna səbəb kimi dünya təcrübəsində paytaxtların potensial təhlükədən daha uzaq salındığını göstərib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar