Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

O, insanlarla dil tapmağı bacarır

Tarix: 31-03-2025 19:19     Baxış: 3334 A- / A+

Dürüst və məsuliyyətli, öz işini sevən Hamlet Məmmədovdan bəhs etmək istəyirəm. 55 yaşı var. Onu orta təhsil illərimdən tanıyıram. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə bacısı Ziyafətlə eyni sinifdə oxumuşam. Mehriban bacı-qardaş kimi hər zaman barələrində maraqlanmışam.
Bir jurnalist kimi də Hamletin əmək fəaliyyətini vaxtaşırı izləmişəm. Belə ki, o, şəhərimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, mühüm, məsul iş sahibidir. 25 ildir ki, Sumqayıt Bələdiyyəsində mühafizəçi kimi çalışır. Müxtəlif təbəqəli insanlarla ünsiyyət qurmağı bacarır, onlarla yaxşı dil tapa bilir, ona müraciət edənlərə düzgün yanaşa bilir.  Hamlet Məmmədov Birinci Qarabağ müharibəsi veteranıdır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəal üzvüdür. 21-ci mikrorayon ərazisi üzrə məhəllə komitəsinin sədridir. Daim sakinlərin qayğısı ilə maraqlanır, onların müraciətlərini dinləyir, problemlərinin həlli yollarını başa salır. Ailəlidir, bir qızı, bir oğlu var, hər ikisi ali təhsillidir, iki nəvənin sevimli babasıdır. Deyir ki, beş bələdiyyə sədrinin rəhbərliyi altında yorulmadan işləmişəm.

Bəli, mühafizəçi həm də çalışdığı qurumun görünən simasıdır. Əgər mühafizəçi insanlarla kobud rəftar edərsə, o zaman həmin qurum haqqında münasibət də mənfi olacaq. Lakin mühafizəçi xoş auralı olarsa və işinə sevgi və məsuliyyətlə yanaşarsa, hər bir insan da o təşkilat haqqında qənaətbəxş düşünəcək. Çalışıram ki, gündəlik vəzifəmin öhdəsindən layiqincə gəlim, buraya üz tutanları xoş münasibətlə qarşılayım və yola salım, hər kəsə müsbət enerji ötürüm. Hamlet Məmmədov eyni zamanda qürurla vurğulayır ki, bizə qələbə sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib.

Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin canı, qanı bahasına ən yaxşı, ən gözəl Zəfər qazanmışıq. Prezidentimizə, onun siyasətinə güvənirəm. Müasir, müstəqil Azərbaycanımız kifayət qədər potensiallıdır. İradəmizə, qüvvətimizə inanıram. Allahıma inanıram. O, bizdən daha yaxşı bilir hər şeyi. Sevinək, sevinək, yalnız sevinək. Birliyimizi qoruyaq, səbrli olaq. Biz güclüyük artıq. Çünki qətiyyətli, müdrik siyasəti olan ölkə rəhbərimiz var. Gözəl tarixi günlər yaşayırıq. Fərəhli, sevincli günlərimizi Allah bizə çox görməsin. Azərbaycanlı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Sumqayıtın sakini kimi  sumqayıtlılara xidmət etdiyim üçün də fəxr duyuram. Biz də öz növbəmizdə deyirik: Yaxşı ki, Hamlet kimi insanlar var. Uzun illər sevdiyi işini məsuliyyətlə və vicdanla yerinə yetirən, bəyazlaşmış saçları, üzündəki nazik qırışları həyatının canlı, nurlu güzgüsünə çevrilən zəhmətkeş qardaşımıza möhkəm can sağlığı, ailə səadəti, uzun ömür, bolluca uğur və sevinc arzulayırıq.

İlhamə Məhəmmədqızı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar