Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Melissa Group”un səhifəsi bağlandı – Şirkətdən açıqlama

Tarix: 28-03-2025 11:40     Baxış: 3167 A- / A+


“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayt giriş mümkün deyil.
Manevr.az-ın məlumatına görə, şirkətdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir.
Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək.
“Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?” sualına isə cavab belə oldu:
“Bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq”.
Qeyd edək ki, ötən gün saat 11 radələrində “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlərin olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar