Xəbər lenti
“Təbəssüm yarat” komandası Sahil qəsəbəsindəki “Müşviq Əlil Uşaqlara Yardım" İctimai Birliyində Könüllü İlahənin təəssüratları -FOTOLAR

Süzüldü ki, insanlıq adına görülən iş könül ovsunlasın. Validə xanımın söylədikləri və əsasən də uşaqlar üçün göstərdiyi təmənnasız xidmət təqdirəlayiqdir. Çünki o, yalnız əməli ilə deyil, əqidəsi, daha dəqiq desək bütün varlığı, ruhu ilə xidmət göstərir. Onu dinlədikcə insanlığın dəyəri, qiyməti artır insan gözündə. Bu mərkəz düz 25 ildir ki, fəaliyyət göstərir. Validə xanımın 18 illik həsrətinin vüsala qovuşması ilə burda neçə - neçə yeniyetmə birləşdi. Xüsusi istedada malik olan hər yeniyetmənin ruhuna uyğun otaqlar düzəldildi, işıqlar, rəngarəng oyuncaqlar və izahlı təqdimatlar yaradıldı ki, hər biri məhz onları kəşf etmək üçün idi. Və beləcə, hər bir istedad kəşf edilib üzə çıxarıldı. Deyəsən Validə xanımın həyat hekayəsindən bir qədər uzaqlaşdıq. Nə az, nə çox, düz 18 il idi ki, Validə xanım ana olacağı günü gözləyirdi. Əslində o, neçə-neçə körpənin anası idi. Hər birini öz balası kimi əzizləyir, nəvaziş göstərirdi. Amma içində düyünlənmiş ümid qarışıq bir ağrı vardı.

Bir gün o ümidin işığa, nura çevriləcəyinə inanırdı. Elə o inamla da əllərini göylərə açdı, niyyət etdi ki, uca Tanrı ona bir övlad bəxş eləsin. O uşaq əlil belə olsa, qayğısını çəkəcəyini dilə gətirdi. Təki bir övladı olsun, - deyib niyyət etdi ki, uşaqlar üçün bir mərkəz açacaq. Və illər sonra o həsrət bitdi. Onun qarşısında artıq həsrətdən xoşbəxtliyə doğru yol uzandı. O, əllərini açaraq qucağını böyütdü. Qucağında neçə uşaq üçün ana sevgisi daşıdı. Validə xanımın övladı da hazırda o mərkəzdə anasının bənzərsiz həyat hekayəsini davam etdirir. Onun getdiyi yol çətin və keşməkeşli olsa da, köməyinə içindəki ümidləri çatdı. Ümidi sevgini, sevgisi fədakarlığı, fədakarlığı isə qəhrəmanlıq hekayəsini yazdırdı ona. Bu gözəl hekayə tamamlanmayacaq, çünki bu hekayə sonsuza qədər davam edəcək. Ona görə də, uşaqlara qarşı olan əngəlli və məhdudiyyətli ifadələri yerinə, fərqli və fərqindəlik ifadələri işlədilsə nə gözəl olar. Onda biz də dünyanı fərqli görərik.

İlahə Həbib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar