Xəbər lenti
Anasının imtina etdiyi körpə Bakıya gətirildi
“Tovuzda anasının imtina etdiyi körpə Bakıya gətirilərək uşaq xəstəxanasına yerləşdirilib”.Bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, uşaq hazırda müayinələrdən keçirilir və vəziyyəti normaldır. Bundan sonra azyaşlı ilə bağlı müvafiq addımlar atılacaq.
Xatırladaq ki, martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































