Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yaxın vaxtlarda Ağdamın üç kəndinə qayıdış baş tutacaq - VİDEO

Tarix: 26-03-2025 09:38     Baxış: 4129 A- / A+
Ağdamdan son görüntülər: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq (VİDEO)
Əzəli torpaqlarımızda quruculuq işləri sürətlə irəliləyir. Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Şəhərin və kəndlərin sürətli bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün hər cür şərait təmin edilir.

Manevr.az
"ATV Xəbər"-ə istinadən məlumat verir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.

Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar