Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı

Tarix: 25-03-2025 21:03     Baxış: 4115 A- / A+

Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.
Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.
Akif Quliyev sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə, 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.
Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.
Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəkmiş. Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Lakin digər cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar