Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

TikToker Ləman cəzalandırıldı - FOTO

Tarix: 24-03-2025 19:13     Baxış: 4175 A- / A+

"TikTok" fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.
Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.
Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: "Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni həyatımı sonlandırmağa sürüklədi. Bu addımı atmaq istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır".
Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.
Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.
Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.
Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.
Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.
Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar