Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Fitrənin məbləği və verilmə qaydaları açıqlandı

Tarix: 24-03-2025 15:40     Baxış: 3163 A- / A+


Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarıdır. Bundan daha dəyərli ərzaqlar – düyü, xurma və kişmiş də fitrə hesablanarkən nəzərə alına bilər. Lakin fitrəni ərzaq şəklində yoxsula vermək bəzi hallarda praktiki çətinliklər yaradır.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, hər il olduğu kimi, bu il də fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur:
"Bu il də fitrə məbləği adambaşına 10-15 manat arasında müəyyən olunmalıdır. Hər bir ailə üzvü üçün uyğun məbləğ hesablanaraq çıxarılmalıdır. Məsələn, beş nəfərlik bir ailə ən azı 50 manat fitrə pulu verməlidir. İmkanları məhdud olanlar daha aşağı məbləğdən hesablaya bilərlər – məsələn, buğda və undan hesablayaraq. Ancaq normal yaşayış səviyyəsinə malik insanlar düyü, kişmiş və xurma kimi daha dəyərli ərzaqlara əsasən fitrə çıxarmalıdırlar”.
QMİ rəsmisinin sözlərinə görə, fitrənin verilməsi də xüsusi qaydalara malikdir:
“O, ilk növbədə yoxsullara, ehtiyacı olanlara çatdırılmalıdır. Ən yaxşısı, əvvəlcə qohum-əqrəba arasında ehtiyacı olanlara verməkdir. Əgər qohumlar arasında belə biri yoxdursa, onda qonşular və ətrafdakılar arasında axtarılmalıdır”.
Hacı Fuad qeyd edib ki, fitrə bayram namazına qədər verilməlidir:
"Fitrə zəkatı bayram axşamı çıxarılır. Lakin onun bayram günü, bayram namazına qədər verilməsi daha doğrudur. Ramazanın fitrə fəlsəfəsi ondan ibarətdir ki, hamımız bayram sevincini paylaşırıq və bir-birimizə diqqət göstəririk. Fitrə çıxarmaq vacibdir. Oruc tutan və tutmayan hər bir kəs ailə üzvlərinin sayına uyğun məbləği hesablayıb fitrə verməlidir. İmkanı olmayanlar isə dua etsin və Allahdan bağışlanmaq diləsin. Allah duaları eşidəndir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar