Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Apollo astronavtının həyat yoldaşından qalmaqallı "yadplanetli" etirafları

Tarix: 21-03-2025 17:29     Baxış: 3129 A- / A+
Apollo astronavtının həyat yoldaşından qalmaqallı "yadplanetli" etirafları
Apollo missiyası çərçivəsində Aya gedən və orada gəzən ilk astronavtlardan biri olan Edqar Mitçellin həyat yoldaşı uzun illər gizli saxlanılan "yadplanetli həqiqətlərini" açıqlayıb.
Manevr.az
xəbər verir ki, NASA astronavtı Edqar Mitçellin həyat yoldaşı Anita Mitçell mərhum əri ilə bağlı qeyri-adi iddialar səsləndirib. 1971-ci ildə Aya ayaq basan altıncı insan olan Mitçellin daim naməlum uçan obyektlərin (UNO) mövcudluğuna inandığını deyən Anita Mitçell bildirib: "Pilotlar və astronavtların bir çoxu göydə bir şeylər gördüyü üçün onun bu inancı həmişə var idi".
O, Apollo astronavtı Ceyms Makdivitt də daxil olmaqla, bir neçə ekipaj üzvünün Amerikanın ilk kosmik missiyaları zamanı sirli obyektlər gördüyünü bildirdiyini iddia edir. Hətta bəzi astronavtların, Yerdə adi təyyarələrlə uçarkən belə naməlum uçan cisimlər müşahidə etdiklərini bildirib.
Anita Mitçell bu barədə daha əvvəl NASA-nın Merkuri Proqramında iştirak etmiş astronavt Leroy Qordon Kuperin də açıqlamalar verdiyini xatırladıb:
"Qordinin (Leroy Qordon Kuper) evimizdə təşkil edilən bir şam yeməyində bizə bir şey gördüyünü söylədiyini xatırlayıram. O, bizim bu qədər sürətli və bu qədər yüksəyə qalxan heç nəyimizin olmadığını demişdi".
Qeyd edək ki, Kuper NASA-nın Merkuri və Ceminay layihələrində iştirak etmiş və minlərlə saatını reaktiv təyyarələrdə keçirmiş ilk pilotlardan biri olub.
Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı olan Edqar Mitçell 1971-ci ildə Aya uçan Apollo 14 ekipajının üzvü olub. O, Aya ayaq basan cəmi 12 NASA astronavtından biri kimi tarixə düşüb.
Bununla belə, Anita Mitçellin bu açıqlamalarının nə dərəcədə həqiqət, nə dərəcədə "sensasiya" məqsədilə edildiyini dəqiq bilmək mümkün deyil. Qaynarinfo



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar