Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

Tarix: 21-03-2025 15:14     Baxış: 3124 A- / A+
Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

Ölkəmizdə boşanma hallarının artması ən çox müzakirə olunan mövzulardan biridir. Müxtəlif amillər buna səbəb olaraq göstərilsə də, bəzi fikirlərə görə isə artıma əsas stimul verən amillərdən biri də alimentdir.
Ancaq Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən nikah pozulmadan da aliment almaq olur.

Bəs bu necə mümkündür?
 
Manevr.az verir ki,  mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Babək Həmidov bildirir ki, şəxslər nikahda olduğu halda da uşaqların onda qaldığı valideyn bunun üçün aliment tələb edə bilər.

“Aliment tələbiylə bağlı Mediasiyaya müraciət olunmalıdır. Mediasiyada tərəflər alimentin məbləği və ödənilmə qaydasıyla bağlı razılaşma əldə etməsələr, maraqlı tərəf məhkəmədə qarşı tərəfi cavabdeh qismində göstərməklə aiddiyəti məhkəməyə müraciət edir. Aliment tələbiylə məhkəmədə iddia qaldırır”, - deyə Babək Həmidov bildirib.

 Qeyd edək ki, cari ildə alimentin minimum miqdarı 246 manatdır.
 
Ailə üzvlərinin aliment öhdəlikləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən tənzimlənir.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
 
- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
 
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar