Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

DYP-dən sürücülərə daha bir müraciət

Tarix: 20-03-2025 18:30     Baxış: 3154 A- / A+


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Manevr.az xəbər verir ki, müraciətdə yorğunluq və yuxusuzluğun nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaratdığı bildirilib.
"Uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır.
Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.
Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:
Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir.
Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin.
Uzun səfərlər zamanı hər 2-3 saatdan bir qısa fasilələr vermək tövsiyə olunur.
Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.
Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir! Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!", - müraciətdə deyilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar