Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Təbəssüm yarat” komandası Ağsuda -FOTOLAR

Tarix: 16-03-2025 22:16     Baxış: 3174 A- / A+
Könüllü İlahənin təəssüratları 
“Təbəssüm yarat” komandası ucqar kəndlərdə ehtiyacı olan ailələrin övladlarına geyim, məktəb ləvazimatları, çanta, ayaqqabı, qələm, dəftər, ümumiyyətlə bir uşaq üçün lazım olan əşyaları toplayır və onlara təbəssüm bəxş edir.

Bu komandada olmaqdan ona görə məmnunam ki, hər dəfə neçə-neçə yeniyetmənin həyat hekayəsini dinləyib qələmə alıram. Bəzən ağrılı-acılı, bəzən də ibrət dolu bu ömür yolu heç vaxt onları qorxutmur, əksinə, hər gözdən bir ümid parlayır. Məhz o ümid o uşaqlara, yeniyetmələrə cəsarət, təpər verir. Budəfəki səfərimiz Ağsuya oldu. Uşaqlar onlar üçün gətirdiyimiz hədiyyələrin əhatəsində o qədər məmnun görünürdülər ki, baxışlarından təbəssüm süzülürdü, sanki bütün qaranlıqlar işığa qərq olmuş, bütün çirkinliklər gözəlləşmişdi, hədiyyə paylayan əllərim həyəcandan titrəyirdi. Təbəssüm sən demə, şirin həyəcanlar gətirirmiş. Uşaqların təbəssümü necə də duru, necə də saf idi. Baxışlardakı niskillin, qayğının yerini xəfif bir təbəssüm doldurmuşdu. Gözlər, yanaqlar, dodaqlar və sanki vücudun hər bir əzası göstərilən diqqətin nəşəsinə bələnmişdi sanki. Ürəyimin tuppultusunu eşidirdim. O qədər sevincli idi ki, az qala yerindən çıxacaqdı. O gün bütün “aynalar” parçalanmışdı. O gün bütün zəncirlər qırılmış, sadəcə möhkəm sevgi bağı yaranmışdı. İlk dəfə müəllim, - deyə müraciət edirdilər mənə.
O qədər bəxtəvər idim ki, çünki bu adın aliliyindən düşən işıq yolumu aydınlatmaqda idi. Həm də o qədər səmimi, o qədər ürəkdən deyilirdi ki, bu söz, ta dəyərini sözlə ifadə etməkdə çətinlik çəkirəm. O gün fərqinə vardım ki, bir təbəssüm bu qədər sətirləri yazdırmağa qadirdir. Onların hər biri ilə ayrı-ayrılıqda, uzun-uzadı söhbət elədik, hər birinin yanağına rəngli boyalarla şəkillər çəkdik. Özümü də onlardan ayırmadım, yanaqlarımı boyayıb qoşuldum onların sırasına, içimdəki uşaqlığıma qayıtdım, o ki var atılıb düşdüm. O gün onlarla oynayan balaca İlahə, məhz onların yaşlarında, onların ruhundaydı. Bütün kənar divarlar o gün, daha da kənara çəkilmişdi, bu sevgini məhdudlaşdıran, əngəlləyən heç bir maneə yox idi. Çünki biz hələ rənglənməmiş ağ divarları üzümüzdəki rəsmlərlə boyamışdıq. Niyə? Çünki ağın saflığına, görkəminə, mərhəmətinə yüksələ bilməyəcək qədər boyumuz balaca idi.

Bəli, içimizdə ağ rəngin sevdası varıydı, amma hələ böyümə yolundayıq. Bu səfər təkcə 2-3 saatlıq məsafəni qət etmək deyil, eyni zamanda onlar üçün hələ neçə saatımızı xərcləməyimizin, onlarla daha çox zaman keçirməyimizin dəyərini öyrətdi. Yaxşı ki, təbəssüm var və bu təbəssüm uşaqların qəlbindən boy atır və bütün cahanı sarır. “Bir uşaq gülərsə, dünyamız gülər” adlı cümlə bizim əsas şüarımızdır! Bir təbəssüm üçün soyuq, isti, çətinlik demədən tufanlı dağları və hər şeyə rəğmən addımlamağı qarşımıza məqsəd qoymuşuq.


 İlahə Həbib




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar