Manevr.az xəbər verir ki, bu barədə "People" Santa Fe dairəsinin Heyvanlara Nəzarət Xidmətinə (Nyu Meksiko, ABŞ) istinadən yazıb.
İt sahibinin yanında heyvanların daşınması üçün nəzərdə tutulan çantada tapılıb. Eyni zamanda, ekspertiza hesab edir ki, heyvanın qismən mumiyalanması ilə əlaqədar orqanlarda dəyişikliklər nəzərə çarpmaya bilər.
İtdə yoluxucu xəstəlik, xəsarət və zəhərlənmə əlamətləri aşkar edilməyib. Heyvanın mədəsinin az miqdarda tük və öd istisna olmaqla boş olduğu bildirilib.
Xatırladaq ki, cütlük fevralın sonlarında evlərində cansız vəziyyətdə tapılıb. Bədənin yarılması zamanı Arakavada nadir yoluxucu xəstəlik olan hantavirus ağciyər sindromunun olduğu müəyyən edilib. O, birinci dünyasını dəyişdi.
Hekman ürək xəstəliyindən əziyyət çəkib və aclıqla əlaqədar tam taqətdən düşüb. Aktyorda Alzheymer xəstəliyinin ağır forması olub və ətrafında baş verənlərdən tam xəbərdar olmayıb. Onun ölümü həyat yoldaşından təxminən bir həftə sonra baş verib.(Oxu.az)