Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA

Tarix: 15-03-2025 15:26     Baxış: 3177 A- / A+
Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artım deməkdir. Bugünə olan məlumatlara görə, aylar üzrə ən çox sərnişin yanvarın 10-da (710 min 773), fevralın 17-də (766 min391) və martın 7-də (854 min 427) daşınıb. Bu statistika da artım dinamikasını sübut edir.

Bakı metropolitenində isə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə əlavə tədbirlər və mütəmadi monitorinqlər həyata keçirilir.

Bəs metroya artan tələbat və iş yükünün çoxalması gediş qiymətlərinə təsir edə bilərmi?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “sfera.az”a bildirilib ki, hal-hazırda Bakı metropolitenində gediş haqqının artırılması gündəmdə deyil.

Qeyd edək ki, sonuncu dəfə 1 iyul 2024-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə ictimai nəqliyyatda sərnişin daşımalarının qiyməti artırılaraq 50 qəpik müəyyən edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar