Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Arayik Gəncənin bombalanmasından danışdı

Tarix: 14-03-2025 19:40     Baxış: 4136 A- / A+

Arayikə Gəncənin vurulması ilə bağlı məlumatı kim verib? - Özü açıqladı
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb.
Manevr.az xəbər verir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib:
“Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar