Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabunçuda 1 milyonluq kokain aşkarlandı - VİDEO

Tarix: 14-03-2025 19:33     Baxış: 3150 A- / A+
Sabunçuda 1 milyonluq kokain aşkarlandı (VİDEO)
Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Manevr.az
xəbər verir ki, Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin həyata keçirdiyi tədbirlə paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.

Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb.

H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb.
Hüseyn Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "qara bazar”da kokainin 1 kiloqramı 600 min dollar (təxminən 1 milyon manat) qiymətləndirilir.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar