Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Alıcılar marketlərdə bu şəkildə aldadılır - Rəsmi

Tarix: 14-03-2025 14:15     Baxış: 3123 A- / A+


İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması müxtəlif formalarda ola bilər. Mağazada malın kassadakı qiymətinin vitrində göstərilən qiymətdən yüksək olması, kafe və restoranlarda təklif olunan məhsulların menyuda göstərilən qiymətlərdən yuxarı hesablanması, çəki ilə satılan malın faktiki çəkisinin göstəriləndən az olması, hesaba kiçik məbləğlərin əlavə edilməsi və ya yekun məbləğin yanlış hesablanması və s. bu kimi hallar istehlakçıların aldadılması hesab edilir.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.
“Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və qablaşdırma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satışı məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymətə uyğun aparılmalıdır. Malın çəkisi və ölçüsünün düzgünlüyünü müəyyən etmək üçün ticarət zalında görünən yerdə standartlara uyğun nəzarət ölçü vasitələri qoyulmalıdır.
İstehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli ödəniş tələb edilməsi onun hüquqlarının pozulması, yəni hesabda aldadılmasıdır”, - o bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar