Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu yağlar da marketlərdən yığışdırıldı

Tarix: 14-03-2025 11:53     Baxış: 3163 A- / A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.
Qurumdan  verilən xəbərə görə, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Xatırladaq ki, dünən də dövlət qurumu tərəfindən keyfiyyətsiz kərə yağının marketlərdən geri çağırılması barədə xəbər vermişdik.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:



Məhsulun adıMəhsulun istehsal və son istifadə tarixi
1."Natural" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı07.11.2024-07.11.2025
2.23.12.2024-23.12.2025
3.“Tac” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı05.12.2024-05.12.2025
4."Selskoe" əmtəə nişanlı 82,5% yağlılıqda duzsuz kərə yağı13.12.2024-13.12.2025
 









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar