Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz yolla kömür istehsal edilən 43 quyu aşkar olundu

Tarix: 13-03-2025 21:40     Baxış: 3107 A- / A+


Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Quyular qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı aşkarlanıb.
Araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad, Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib edilərək ümumilikdə 12 900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları ləğv edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar