Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qukasyandan daha bir ETİRAF: ""Qarabağ məhsulları"nın üzərində..."

Tarix: 13-03-2025 19:19     Baxış: 3220 A- / A+
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

Manevr.az xəbər verir ki, A.Qukasyan qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən ayrılan vəsaitin "kredit" adlandırıldığını, lakin həmin "kredit"in faizsiz və müddətsiz olduğunu bildirib.
"O zaman "faizsiz kreditlər" adlandırılırdı. Yəni yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan "ixrac olunan" və "idxal edilən" məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı "idxal" və "ixrac"la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də "faizsiz kreditlər"ə daxil idi", - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs deyib ki, "Qarabağın məhsulları"nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın "kredit" adı ilə qondarma rejimin "büdcə"sinə ayırdığı vəsaitdən az idi.
O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə "ixrac edilən" "Qarabağ məhsulları"nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar