Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı-Sumqayıt istiqamətində yeni yol çəkiləcək?

Tarix: 13-03-2025 17:39     Baxış: 3139 A- / A+

Bakı-Sumqayıt yolunda yaranan sıxlığın nəzərə alınaraq yeni avtomobil yolunun çəkiləcəyinə dair məlumatlar paylaşılıb.

Bu yol ilə paytaxtın ikinci şimal giriş-çıxışının yaradılacağı söylənib.

Sözügedən yolun tikintisinin Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlər siyahısına daxil olduğu qeyd olunub.

"Vahid Fəaliyyət Planı"nda yeni Bakı-Sumqayıt yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulduğu bildirilib.

Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a açıqlamasında vurğulayıb ki, hazırda Bakı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisinə dair layihə yoxdur:

"Sözügedən yolun çəkilməsi üçün yer yoxdur. Bakı şəhərində nəqliyyatının təkminləşdirilməsi ilə bağlı dövlət proqramı var. Hazırda sadəcə burada yer alan layihələrin icrası işləri aparılır. Bundan başqa hər hansı yenilik yoxdur. Bu proqram da 2025-2030-cu illəri əhatə edir. Burada da hər hansı yolun çəkilişinə dair bir layihə yoxdur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar