Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu evlər bahalaşdı

Tarix: 12-03-2025 16:31     Baxış: 497 A- / A+
Bakıda mənzil bazarında qiymət artımı müşahidə olunur və bu bahalaşma statistik göstəricilər tərəfindən də təsdiq edilir.
Manevr.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Bakıda mənzillərin qiyməti yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 faiz, 2024-cü ilin fevral ayı ilə müqayisədə isə 11,2 faiz artıb.
Ekspertlər qiymət artımını əsasən ipoteka kreditləri üçün müraciətlərin başlanılması ilə əlaqələndirirlər. 2025-ci ilin fevralın 6-dan etibarən ipoteka kreditlərinin verilməsi prosesinə başlanıb ki, bu da əmlak bazarında müştəri sayının artmasına səbəb olub. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ipoteka kreditlərinin verilməsi ilə bağlı prosesin başlaması müştərilərin daha çox çıxarışlı və ipotekaya yararlı əmlaklara maraq göstərməsinə yol açıb. Xüsusilə, köhnə tikililərdən 9 mərtəbəli binalara və yeni tikililərdə çıxarışlı əmlaklara olan tələbatın artması bu tip əmlakların qiymətlərinin bahalaşmasına səbəb olub.
Lakin qiymətlərin yüksək olduğu və ipotekaya yararsız əmlaklarda bahalaşma müşahidə olunmayıb. Mütəxəssislər bu cür əmlakların satışında durğunluğun olduğunu bildirirlər. Bu vəziyyət bazarda qiymət artımının yalnız ipotekaya uyğun və sənədləşməsi düzgün olan əmlaklarla məhdudlaşdığını göstərir.milli.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar