Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Uşaqların 15%-i nikahdan kənar dünyaya gəlir” - Dövlət Komitəsi

Tarix: 12-03-2025 12:58     Baxış: 491 A- / A+

"Azərbaycanda uşaqların 15 faizi nikahdankənar doğulur" -
“Doğulan uşaqların 15%-i nikahdan kənar dünyaya gəlir”.
Manevr.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.
Şöbə müdiri qeyd edib ki, bu məsələ bizi düşündürməlidir: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talessemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var.
Həmçinin qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik. 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır. Konstitusiyada da var ki, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir. Bu gün bilirsiniz ki, çoxuşaqlı statusu alması üçün 5-dən çox uşaqlı ailələr nəzərdə tutulur. Biz gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik. Bununla yanaşı, doğulan uşaqların cins nisbətində ciddi problemlər var. Bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Abortların sayının artması da ciddi məsələdir, bunun da özünəməxsus xüsusiyyətləri var. Bu, demoqrafik inkişafa çox ciddi təsir göstərir”.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar