Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hakimləri, vəkilləri təhdid edən müğənni kimdir?

Tarix: 10-03-2025 13:58     Baxış: 3100 A- / A+


Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılır. O, 4 nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilir. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.
Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında 4 şikayət daxil olub.
İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.
Dəniz Əsədova həmin şəxsləri özünə məxsus sosial şəbəkə hesablarında təhqir və təhdid edib. Bu məhkəmə prosesləri uzun müddətdir davam edir və proseslərin uzanmasının bir neçə səbəbi var. Bütün bu səbəblər Dəniz Əsədovadan asılı olub.
O, bir neçə dəfə vəkil dəyişərək işin uzanmasına səbəb olub. Bir neçə dəfə də məhkəmə çağırışlarına məhəl qoymayıb. Binəqədi Rayon Məhkəməsi Dəniz Əsədova barəsində məhkəməyə gəlmədiyi üçün iki dəfə axtarış elan edib. Əsədova sonradan məhkəməyə könüllü getdiyi üçün barəsində axtarış dayandırılıb.
Dəniz Əsədovanın fəaliyyətində diqqət çəkən bir neçə məqam da var. O, sosial şəbəkə hesablarında daha əvvəl də ayrı-ayrı şəxsləri təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum edilib.
Dəniz Əsədovanın sosial şəbəkə hesablarından prokurorluq əməkdaşlarını, hakimləri və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərini təhdid və təhqir etməsi ilə bağlı bir neçə videogörüntü də var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar