Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Rembo Mehman” həbsdən azad edildi - FOTO

Tarix: 09-03-2025 21:13     Baxış: 3134 A- / A+
Özünü "Rembo” ləqəbi ilə tanıdan qazi Mehman Babayev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edərək həbsdən azad edib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, 55 yaşlı Mehman Babayev taksidə tanış olduğu qadına qarşı dələduzluq etməkdə ittiham olunub.
Belə ki, Mehman Babayev taksi ilə Daşkəsənə gedən zaman taksidə olan Zenfira adlı qadınla tanış olub. Qadın oğlu Elgizin hərbi xidmətdə problemlərinin olduğunu, oğlunu gizirlik kursuna göndərmək istədiyini deyib. Mehman Babayev bu işi həll edə biləcəyini söyləyib.
Razılığa əsasən, Mehman Babayev Zenfira adlı qadının oğlunu gizir kimi hərbi hissələrdən birində işə düzəldəcəkmiş. Buna görə 7 min manat pul alıb. Həmçinin 1000 manat da əlavə olaraq alıb ki, YAŞAT Fondundan sığorta pulunun alınmasına kömək edəcək. Lakin vədlərinə əməl etməyib.
M.Babayev bildirib ki, aldığı pulu tanışı, hərbçi Tofiq Orucova verib. Onun sözlərinə görə, Tofiq Orucov qəfil ürək tutmasından vəfat etdiyi üçün problemlər yaranıb.
Məlumata görə, dələduzluqda ittiham olunan Mehman Babayev istintaq dövründə məhkəmədən yayındığı üçün barəsində həbs qərarı çıxarılaraq axtarışa verilib.
Məhkəmənin yekununda zərərçəkmiş tərəf məbləğin bir hissəsi ödənildiyi üçün M.Babayevdən şikayətçi olmadığını bildirib.
Hökmə əsasən, Mehman Babayev barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, Mehman Babayev Qarabağ müharibəsi iştirakçısıdır. O, özünü "Rembo” ləqəbi ilə də təqdim edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar