Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ata aliment ödəməkdən bu halda imtina edə bilər

Tarix: 08-03-2025 21:25     Baxış: 3192 A- / A+
Ata aliment ödəməkdən bu halda imtina edə bilər
Son illər boşanmaların sayı sürətlə artır. Səbəblər müxtəlifdir. Amma boşanmalar bir sıra sosial və hüquqi problemlər yaradır. Bəzən aliment ödənişində problem ortaya çıxır. Hətta bəzi valideynlər uşaqdan belə imtina edir.


Bəs, valideyn övladından və yaxud aliment verməkdən nə zaman imtina edə bilər?
 
Manevr.az
-ın məlumatına görə, mövzu ilə bağlı bizim.media-ya danışan hüquqşünas Fuad Rüstəmli bildirib ki, ata yalnız bir halda övladından imtina edə bilər:
"Bu da o halda olur ki, şəxs yalnız uşağın atası olmadığı təsdiqini tapdığı halda övladdan imtina edə bilər. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu vaxtdan və atanın ölümündən 300 gün ərzində dünyaya gəldikdə, uşağın atası ananın keçmiş əri hesab olunur. Atalıq ər ilə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Yəni, ata öz doğma övladından imtina edə bilməz.

Hətta başqa bir kişi uşağın atası kimi qeydiyyata alınmaq istəsə belə, yenə də bioloji ata öz övladından imtina edə bilməz.

Ata öz övladından yalnız uşağın ondan olmadığı təqdirdə imtina edə bilər. Bunun üçün o, atalıq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməli və DNT ekspertizası tələb etməlidir. DNT analizi nəticəsində onun həmin uşağın atası olmadığı müəyyən olunarsa, ata həm aliment ödəməkdən, həm də digər hüquqlardan imtina edə bilər".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar