Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Quş qanadla uçar, insan arzu ilə...

Tarix: 08-03-2025 14:37     Baxış: 3150 A- / A+
Məlumdur ki, təbabətin həkim-terapevti daxili orqanların və sistemlərin xəstəlik mexanizmlərinin, onların diaqnozunun, müalicəsinin və profilaktikasının səbəbli əlaqələrini öyrənən mütəxəssisdir. Belə mütəxəssislərdən biri şəhərimizdə öz sahəsinin gözəl bilicisi kimi tanınan, təcrübi-praktik bacarığını sərgiləyərək terapevt kimi özünəməxsus xidmətləri ilə seçilən Nigar Nizami qızı İsayevadır. 
 
O, 1980-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. Ziyalı mühitində böyüyüb. 1996-cı ildə Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Peşəsinin sirlərinə yaxından, mükəmməl yiyələnərək 2002-ci ildə həmin ali təhsil ocağını bitirib. Bir il Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasında internatura keçib. Sonra həmin xəstəxanada həkim-terapevt kimi çalışıb. 2019-cu ilin yanvar ayından Terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Bir çox elmi-praktik konfranslarda iştirak edir. Gözəl ailəsi var, Fidan və Ayan adında iki qız övladı böyüdür.
Xəstələri hər zaman Nigar həkimdən razılıq edir, ona böyük inam, ümid bəsləyirlər. Mehribanlığı və xoş rəftarı onun xəstələrə olan qayğısının bir simvoludur desəm, yanılmaram. 
Həmsöhbətim deyir ki, uşaqlıqdan anam Minayə müəllimin ən böyük arzusu idi həkim olum, insanların sağlamlığı keşiyində dayanım. Bəli, bu arzuya çatdım, valideynlərimi sevindirdim.
Nigar həkim söhbət əsnasında bildirir ki, hazırda mühüm tibbi proseslərə və yeniliklərə kifayət qədər diqqət yetirilir. Son tibbi avadanlıqların və peşəkar həkim heyətinin səyləri nəticəsində ən ağır və riskli sayılan açıq əməliyyatlar aparılır. Əvvəllər əhali müayinə və müalicə üçün xaricə üz tuturdusa artıq insanlar öz ölkəmizdə müayinə və müalicə olunurlar. Tibbi sığortanın tətbiqi isə xəstə məmnunluğunu əlçatan edib. 
Nigar həkim həmçinin əlavə edir ki, rəhbərlik etdiyim terapiya şöbəsi geniş profillidir. Burada pulmonoloji, qastroenteroloji, gemotoloji, endokrinoloji və digər profilli xəstələrin müalicəsi ilə məşğul oluruq. 37 nəfər tibb personalımız əhalinin sağlamlığı keşiyində dayanır. 
Peşəkar həkim, mütəxəssis kimi xəstələrə əsl həyat eşqi verən Nigar xanıma daim yüksək zirvələrdə olmasını arzu edirik. 
 
İlhamə MƏHƏMMƏDQIZI

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar