Xəbər lenti
Naxçıvanda ləğv olunmuş qurum və şöbələrin avtomobilləri satışa çıxarıldı - SİYAHI
Naxçıvanda ləğv olunmuş qurum və şöbələrin avtomobilləri satışa çıxarılır.Manevr.az-ın məlumatına görə, bundan əlavə, ali təhsil müəssisəsinə məxsus maşın da hərraca qoyulur.
Babək, Kəngərli, Ordubad rayon baytarlıq şöbələrinə məxsus "QAZ 3307", Şahbuz şöbəsinin isə həm adıçəkilən nəqliyyat vasitəsi, həm də "VAZ 21213" markalı avtomobili hərraca qoyulub.
Həmçinin “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus maşın da (QAZ 33021) start qiyməti 3600 manatdan başlayaraq satışa çıxarılıb.
Babək Rayon Baytarlıq İdarəsinin "VAZ 21214" markalı avtomobili isə 3420 manata hərrəca qoyulub.
Qeyd edək ki, sözügedən qurumlar və şöbələr ləğv olunub.
Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































