Xəbər lenti
Texnologiyanın inkişafı:Süni intellektin insan hüquqlarına təsiri

Xülasə:
Bu məqalədə süni intellektin insan həyatına inteqrasiyası,insan həyatında süni intellektin rolu və əhəmiyyəti,onun insan hüquqlarına təsiri müxtəlif aspektlərdən araşdırılır.
Giriş:
Texnologiya gündən-günə inkişaf etdikcə süni intellekt insan həyatını bütün sahələrində hiss olunur.Gündəlik yaşamda,iş yerlərində,təhsil ocaqlarında və bunlar kimi başqa ictimai yerlərdə süni intellekt özünü daha qabarıq gösərir.Artıq gündəlik həyatımızın bir parçasına çevrilmiş ağıllı telefonlar,iş yerlərində və gündəlik istifadə etdiyimiz kompüterlər və.s buna misal ola bilər.
Süni intellekt inkişaf etdikcə digər sahələrdə olduğu kimi hüquq sahəsinə də təsir göstərir.Bu təsir həm mənfi həm də müsbət ola bilər.
Süni intellektin insan hüquqlarına təsiri:
Qeyd etdiyimiz kimi,Süni intellekt insan hüquqlarına təsir edir.Süni intellektin mübət təsiri ondadır ki,dövlətlər öz yusrisdiksiyalarında hüquqların həyata keçirilməsinə yaxından nəzarət həyata keçirə bilir.Buna nümunə kimi “Pegasus” cəsus proqramını göstərmək olar. “Pegasus” adlı cəsus proqramı “NSO Group” adlı İsraildə fəaliyyət göstərən sibersilahlanma şirkəti tərəfindən hazırlanıb. Həmin cəsus proqramı gizli şəkildə İOS və Android versiyalı mobil telefonlarda və digər texniki cihazlarda quraşdırıla bilər.Lakin,Bu proqramın bəzi mənfi tərəfləri vardır.“Pegasus” cəsus proqramından potensial olaraq sui-istifadə edilməsi bir neçə ildir beynəlxalq insan hüquqları təşkilatları və hüquq müdafiəçilərini narahat edir. Həmin təşkilatlar hesab edir ki, ictimai fəalların bu cür izlənilməsi həmin şəxslər üçün ciddi fiziki və psixoloji zərər vura bilər.
Həmçinin,Süni intellektin müsbət tərəfləri olduğu kimi,təəssüflər ki,mənfi tərəfləri də vardır.Şəxsi və ictimai həyatın bütün sahələrində Süni İntellekt sistemlərindən artan istifadə insan hüquqları, demokratiya və qanunun aliliyi üçün də əhəmiyyətli problemlər yaradır. Məsələn,Süni İntellekt fərdlər haqqında çoxlu məlumat əldə edə və onları inanılmaz sürətlə emal edə bilər, hansı ki, bu insanların şəxsi toxunulmazlığını pozur.
Bu məsələyə də toxunmaq lazımdır ki,Süni intellektin sürətlə inkişafı insanların əmək hüququnun da pozulmasına gətirib çıxara bilər.Belə ki,Süni intellekt zavodlarda,fabriklərdə və başqa kütləvi iş yerlərində əl əməyinin yerini alır.Beləliklə,iş yerlərində insan əməyinə ehtiyac qalmır və çoxlu sayda insan işsiz qalır.
Süni İntellektin inkişafının verə biləcəyi faydalar və yarada biləcəyi çətinliklər dünyəvi xarakter daşıdığından bununla bağlı tənzimləyici qanunlar qəbul edilmişdir.Bunlardan biri də 2019-cu ildə Avropa Komissiyası tərəfindən qəbul edilmiş “İnsan yönümlü (İnsana fokuslanan) Süni İntellektə İnam Yaratmaq” (Building Trust in Human-Centric Artificial Intelligence) adlı sənədidir.Bu sənəddə “etibarlı süni intellekt”ə nail olmaq üçün 3 komponentin vacib olması vurğulanır.
1)Qanunauyğun olmalıdır
2)etik prinsiplərə cavab verməlidir
3)Həm texniki həm də sosial baxımdan dözümlü olmalıdır
Etik prinsiplər dedikdə İnsanın muxtariyyətinə (müstəqilliyinə, avtonomluğuna) hörmət; Zərərin qarşısının alınması; Ədalətlilik; Açıqlıq (izahlılıq) nəzərdə tutulur.
Nəticə:
Nəticə etibarilə,texnologiya,yəni Süni İntellekt inkişafa meyilli olsa da,onun həyatımıza və hüquqlarımıza müdaxiləsinə icazə verməməliyik.Düzdür,Süni intellektdən istifadə işlərimizi çox zaman asanlaşdıra bilər,lakin bir zaman görə bilərik ki,o texnoloji cəhətdən həyatımıza nəzarət edir.
İstifadə olunan mənbələr:
1.SÜNİ ZƏKA VƏ İNSAN HÜQUQLARI – Fidan Əhmədova
2.G.Rzayeva,A.İbrahimova-SÜNİ İNTELLEKT, İNSAN HÜQUQLARI VƏ FƏRDİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ,Bakı,2021
Rauf Mədətov
Naxçıvan Dövlət Universitetinin
Hüquqşünaslıq ixtisası üzrə tələbəsi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar