Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı

Tarix: 07-03-2025 13:02     Baxış: 488 A- / A+
Mehman Haşımov məhkəmə zalında həbsdən buraxıldı
Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəis müavini və baş mühəndisi Mehman Haşımovun məhkəmə araşdırması başa çatıb.

Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məlumat üçün deyək ki, Mehman Haşımov sakinlərdən biri tərəfindən inşa edilmiş yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulması müqabilində 3 min manat rüşvət alıb.

Məhkəmə istintaqının sonunda prokuror təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilmiş ittihamdan imtina edib, onun 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzalandırılmasını istəyib.

İş materiallarına əlavə edilmiş sənəddə göstərilib ki, təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, ailə şəraiti ilə bağlı əməlini yüngülləşdirən hallar var. Rasim Sadıqovun sədrlik etdiyi hakimlər qeyd olunan halları nəzərə alıb.

Hökmə əsasən, Mehman Haşımova 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza sınaq müddəti seçilməklə şərti hesab edilib və Haşımov məhkəmə zalında həbsdən azad edilib."qafqazinfo”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar