Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox hansı sosial şəbəkə istifadə edilir?

Tarix: 06-03-2025 23:17     Baxış: 3340 A- / A+


 

"Statcounter" beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib.
Manevr.az xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.
İkinci yerdə qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü yeri tutmuş "Pinterest"in payı fevral ayında 1,3 faiz, illik müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü yerdə qərarlaşıb. Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.
İlk beşliyi sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş "Twitter") qərarlaşıb. Bu sosial şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz azalıb. (Modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar