Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Boran Əzizin "Ağdam rayonuun Mərzili və bəzi başqa kəndlərdən repressiya edilmişlər" kitabı nəşr edilib

Tarix: 06-03-2025 10:15     Baxış: 3156 A- / A+
  Boran Əzizin “Acı həqiqətlər, ağrılı faktlar”  kitabı haqqında düşüncələr
  Arxiv materiallarından qaynaqlanan, tarixçi-alim Boran Əzizin bu kitabına ön söz tarix elmləri doktoru Nigar Rövşən qızı Gözəlova faktlara əsaslanan tarixi hadisələri oxuculara təqdim edir. Tarixi faktlardan göründüyü kimi Azərbaycan Dövlətinin parçalanması 1747-ci il, Nadir şah Əfşarın sui-qəstlə öldürülməsindən sonra başlayıb. Xanlıqlara bölünəndən sonra, 1813-cü ildən başlayaraq zaman-zaman Çar Rusuyasının işğalına məruz qalıbdı.
    Bununla kifayətlnməyən car Osmanlıdan, İrandan er-məniləri köçürüb İrəvan, Qarabağ xanlığına yerləşdirib. Ermənilərə göstərilən qayğı onların dövlət orqanlarına yerləşdirilməsi ilə davam etdirilib...
                                     ***               
   Ağdam rayonunun Mərzili kəndindən və ətraf kəndlərdən olan represiya qurbanlarından yazılmış bu kitabda Boran müəllim erməni müstəntiqlərinin, Ağdam rayonunun polis rəisi (keçmiş milis rəisi) Camqarovun canfəşanlığını qabarıq şəkildə qələmə alıb. Erməni müstəntiq X.Qriqoryanın atasına yazdığı məktubu oxuyuruq:”... Yüz nəfər güllələtmişəm, beş yüz nəfər növbədədi...” Elə bu bəs edir ki, nə baş verdiyi haqqında təsəvvürümüz olsun. Zalımlığın, qəddarlığın dərəcəsinə bax.
     Kitabdakı faktlardan, arxiv materiallarından göründüyü kimi, əksəriyyəti erməni və digər millətlərdən olan müstəntiqlər, represiya məruz qalmış insanlara işgəncə verərək, ən ağır döymə metodlarından istifadə edərək, istədikləri ifadəni sənədləşdiribdilər. Apardıqları şahidlərə də təzyiq göstərib qorxudaraq yalan söyləməyə məcbur ediblər. Hətta üzləşmə belə aparılmayıb.
      Minlərlə insana ağır işgəncə verən keçmiş müstəntiq M.L.Şer yuxarı orqanlara yazdığı məktubdan:”Hən ərizə, həm də istintaq materialları həqiqəti əks etdirmir. Bunların hamsı mənim tərəfimdən yazılmışdır. Əvvəllər yazılan ərizə və bir protokol tamamilə yalandır. Mən yalan ifadəmi ona görə vermişəm ki, döyülməyə və incidilmə-yə dözə bilməmişəm”.
     Boran Əziz öz əsərində represiya məruz qalanlara şa-hidlik edənlərin represiya dövrü və represiyadan sonrakı, 1953-cü ildən sonra verdikləri şahid dindirilmələrini qarşı-qarşıya qoyur. Represiya dövründə müstəntiqrin zorakılığından qorxan şahidlər, 1953-cü ildən sonra əvvəlki ifadələrini təkzib edirlər.
     Güllələnməyə məruz qalan, sürgün olan represiya qurbanları sonradan bəraət alsalar da, artıq gecdi. Təsəl-li isə bəraət almaqlarıdı.
      Müəllif “Acı həqiqətlər, ağrılı faktlar” kitabında təkcə Mərzili kəndinin represiya qurbanlarından deyil, Ağdam rayonunun başqa kəndlərinin və ADU-dan olan represiya qurbanlarının həyatlarını da işıqlandırır. Bu da çox təqdirə layiqdir.
      Erməni cəlladları çar Rusiyası dövründə, Sovet hakimiyyəti dövründə rus havadarlarına arxalanıb başımıza gətirdikləri göz önündədi. Xocalı tarixinin tədqiqatçısı, Tariz Elmləri namizədi, dosent Boran Əzizin bu kitabı tarixi düşmənlərimizin birləşib birlikdə millətimizə qarşı törətdikləri cinayətlərdən danışır. O, öz oxucularını ayıq olmağa çağırır. Ziyalılarımızı həmişə üz-üzə qoyan düşmənlər, bizim bir-birimizə ömürlük düşmən olmağımıza çalışırlar.
      Yuxusuz gecələrin məhsulu olan bu əsəri ortaya qoyan Böran müəllim arxivdə işlədiyi müddətdə sağlamlığını təhlükə altına atdı. Çünki, hamı bu arxiv matertiallarının açılmasını, çap olunmasını gözləyirdilər. Arxiv tozuna bata-bata çəkilən gərgin əmək öz nəticəsini verdi.
      Əsəri oxuyan oxucular represiya qurbanlarının haqsızlığa məruz qaldıqlarını, şahidlərin özlərinin də ora düşməklərindən qorxaraq yalan ifadə verməklərinin şahidi olurlar. Buna görə də əsər oxucular tərəfindən rəğbətlə qarşılanacaq və seviləcək.
      Tarixçi-alim Boran Əzizə çoxlu uğurlar arzulayıram və növbəti tarixi əsərini gözləyirik!                 
                

Hörmətlə;
Məmməd Mərzili 

şair-publisist 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar