Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu

Tarix: 06-03-2025 09:34     Baxış: 3125 A- / A+
Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu

"Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul aşkar edilməsi və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti barədə məlumat vermişdik.

Manevr.az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.

Qərara əsasən, Nadir İsmayılova məxsus bank hesabındakı 5,4 milyon manata həbs qoyulub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə "Zaminbank”ın sədri olub.

Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə sübut edilib ki, "Zaminbank”ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.qafqazinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar