Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 5 elektrikli avtobus istehsal ediləcək

Tarix: 05-03-2025 19:52     Baxış: 3102 A- / A+


Sumqayıt Sənaye Parkında ilkin mərhələdə 5 ədəd elektrikli avtobus yığılacaq.
Manevr.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Teleqraf-ın sualına cavabında deyib.
O, istehsal üçün infrastrukturun qurulduğunu, avadanlıqların quraşdırılmasının aprel ayında tamamlanacağını və ilk avtobusların sentyabrda yığılacağını deyib.
Qeyd edib ki, müəssisənin illik istehsal gücü 500 avtobusdur. Layihənin dəyəri 29 milyon manatdan çox olacaq və 600 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Layihə ümumilikdə 2 mərhələdən ibarətdir. Birinci mərhələdə avtobusların müəyyən hissələrinin sənaye üsulu ilə yığımı həyata keçiriləcək, növbəti mərhələdə bütün hissələrin yığımı baş tutacaq.
Növbəti ildən etibarən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslara olan təlabatın 40%-nin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur.
Elçin Kazımov qeyd edib ki, layihənin həyata keçirilməsi ictimai nəqliyyatın yaşıllaşdırılmasına, avtobus parkının yenilənməsinə xidmət göstərməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinə töhfə verəcək.
İstehsal olunacaq avtobuslar ilkin mərhələdə Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarında istifadə ediləcək, növbəti mərhələdə isə regionlarda ictimai nəqliyyatın yenilənməsinə xidmət göstərəcək.
Azərbaycanda istehsal ediləcək elektrikli avtobusların satış qiyməti ölkəyə idxal edilən avtobusların satış qiymətindən aşağı olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar