Xəbər lenti
Bu müavinətlər artırıldı: Yeni məbləğlər
Manevr.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünü sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, bu artımlar bu ildən etibarən minimum əməkhaqqı məbləğinin dəyişməsi ilə bağlıdır:
“Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əməkhaqqı ilə birbaşa bağlıdır. Bu baxımdan, minimum əməkhaqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əməkhaqqının 4 misili həcmindədir.Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1380 manatdan 1600 manatadək (400 manat X 4) yüksəlib.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə minimum əməkhaqqı məbləğinə uyğun olaraq artırılıb”.
O qeyd edib ki, peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir:
“Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb. Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb.
Artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.
Minimum əməkhaqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək. Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.
Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar