Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu tibb müəssisəsində həkimlər "kurtkada" müayinə aparır

Tarix: 05-03-2025 10:34     Baxış: 3245 A- / A+
Bakı şəhəri, Yasamal rayonu Zivər bəy Əhmədbəyov ünvanında yerləşən 2 saylı Qadın Məsləhətxanası istilik sistemi ilə təchiz olunmayıb.
Manevr.az axar.az-a istinadən bildirir ki, həkimlər xəstələri müayinə otaqlarında qalın gödəkçə ilə, üst geyimlərini çıxarmadan müayinə edir, xəstələr isə müəssisənin dözülməz soyuğundan şikayətləniblər.
Həkimlərin sözlərinə görə, müəssisə köhnə tikilidir, qısaqapanmalara, yanğına səbəb olma ehtimalı çox olduğu üçün hər müayinə otağında yalnız bir radiator və qızdırıcının quraşdırılmasına icazə var. Bu isə otaqların qızdırılmasına kifayət etmir.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirib ki, yaxın vaxtlar üçün müəssisənin təmiri nəzərdə tutulub:
"Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib ki, 2025-ci il təmir planına uyğun olaraq 2 nömrəli Qadın Məsləhətxanası cari təmirə cəlb olunub. Cari il ərzində tibb müəssisəsinin təmir olunması, istilik sisteminin yenidən qurulması nəzərdə tutulub".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar