Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti: “Ölüm səhnəsində məni gülmək tutdu”

Tarix: 04-03-2025 18:45     Baxış: 430 A- / A+

"Gənclik illərimdə mənə bu sualı verəndə deyirdim ki, "Nizami" filmində "Afaq". Çünki bu rolu çox sevmişdim. Onun ölüm səhnəsini göstərəndə mən hər dəfə o hissləri keçirirdim".
Manevr.az bildirir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi illər əvvəl çəkildiyi "Nizami" filmindən danışaraq ekran işində canlandırdığı "Afaq" rolu ilə bağlı xatirələrini dilə gətirib:
"Həmin filmdə "Afaq"ın ölüm səhnəsi asan çəkiməyib. O zaman Müslüm Maqomayev Moskvada idi. O konsertdə idi, filmə gələ bilməmişdi. Povelyonda həmin səhnə çəkilməli idi. Soyuq və şaxtalı hava var idi. Məndə çox nazik bir geyimdə idim. Uzanmışam, Müslüm də yoxdur... Rəhmətlik Volodya Arapov adında film ustadı vardı. O, kök idi. O güləndə birinci qarnı gülürdü. Yırğalanırdı belə... Mənə dedilər ki, hesab et ki, bu "Nizamidir" yəni Müslim Maqomayev dayanıb önündə səndə öl. Məndə öz rolumu əzbərləmişdim. Məndə gözümü açıb Arapovun yırğalanan qarnını görəndə başlayıram gülməyə. Özümü saxlaya bilmirəm. Həm də rejissordan qorxurdum, çünki çox tələbkar idi. Rejissor gördü ki, həmin səhnə alınmır. Dedi ki, Arapov kənara keç, mən özüm dayanacağam. O önümdə dayandı və mən qorxumdan başladım əsməyə. Dedim ki, olarkı mən özüm... Təsəvvür elədim ki, önümdə Müslüm Maqomayev "Nizami" dayanıb və mən o səhnəni elə oynadım. Bu rol mənə ruhən yaxın idi. Amma indi yaşa dolduqca əlbətdə ki, problemlər, ailə, gəlin, gündəlik qayğılar və sairə...İndi özümü qayınana kimi hiss edirəm. "Ata ocağı" serialında "Şəfiqə" obrazını canlandırmışam. Bu obraza görə sevilmişəm. Yəgin ki, bu obrazda mənə ruhən yaxındır. Amma serialın bir xüsusiyyəti var ki, 6 il çəkildiyinə görə birdə görürsən ki, Şəfiqə qəddar, amansız, aciz, mülayim olur. Yəni dövrün tələbinə görə dəyişirdi. Hələki ürəyimə yatan, indiki Həmidənin istəklərinə, arzularına uyğun və yaxın obraz canlandırmamışam".olay.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar