Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu il Həcc ziyarəti üçün Azərbaycana nə qədər kvota ayrılıb?

Tarix: 04-03-2025 14:01     Baxış: 4267 A- / A+

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün təxmini 1200-1300 kvota yerinin ayrıldığı bildirib.
Manevr.az xəbər verir ki, bu barədə teleqraf-a açıqlamasında QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib. 
Onun sözlərinə görə, hələki, kvotanın tam sayı təyin olunmayıb, amma müraciət edən vətəndaş sayına əsasən, kvotanın təxmini 70-75 faizi dolub.
"Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, yerlər məhduddur. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Hazırda ziyarətə getmək istəyənlərin müraciətləri qəbul olunur. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”, - deyə V.Cahangiri qeyd edib.
O bildirib ki, ziyarətə gedənlərin sənədlərinin qəbulu yanvarın 21-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Xatırladaq ki, ötən il Həcc ziyarət üzrə Azərbaycandan ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılmışdı.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar