Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir

Tarix: 03-03-2025 18:20     Baxış: 3116 A- / A+


Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, günəşin fəallığı qismən zəifləyib. Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139 ləkə müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artıb. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hazırda Günəş küləyinin sürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.
Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə 25 faiz, orta coğrafi enliklərdə isə 1 faizdir.
Geomaqnit sahəsi –Yüksəksürətli Tac Dəliyi Axınlarının təsiri ilə martın 3-də qeyri-sabit olacaq, martın 4-5-də isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar